Kriminal

Gözəllik kraliçası müəmmalı şəkildə öldü

05 Nov 2026, 18:30 2 baxış
Gözəllik kraliçası müəmmalı şəkildə öldü
Nigeriyada "Miss Taraba - 2023" gözəllik müsabiqəsinin qalibi olan Komfort Uilyams ölüb. Gənc qadının vəfat etməsi barədə məlumatı "Prime Planet Event Managers" adlı gözəllik yarışmasının təşkilatçıları yaysalar da, hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Legit News" nəşri məlumat yayıb. Təşkilatın rəhbəri Disebe Donqa sosial şəbəkə hesablarında həmkarının ailəsinə və yaxınlarına verilən başsağlığınən mətnini paylaşıb. "Bu ürəkağrıdan itki bizi dərindən sarsıtdı. O, təkcə təşkilatımızın bir üzvü deyil, eyni zamanda "Prime Planet" ailəsinin mühüm bir parçası idi", - deyə müsabiqə təşkilatçılarının məlumatında qeyd olunub. Komfort 2023-cü ildə regional yarışın onuncu qalibi olaraq "Miss Taraba" tacına sahiblənib. Müsabiqədəki iştirakını başa vurduqdan sonra o, təşkilatçılarla əməkdaşlığı davam etdirib. 2026-cı ilin yanvar ayında Uilyams "Prime Planet Event Managers"in idarəedici direktorunun müavini vəzifəsinə təyin edilib. O, gözəllik müsabiqələrinin keçirilməsi və təşkilatın inkişafına cavabdeh olan yeddi nəfərlik idarə heyətinə daxil olub. Bildirilir ki, gözəllik sənayesindəki fəaliyyəti ilə yanaşı, gənc qadın müxtəlif ictimai tədbirlərdə də yaxından iştirak edib. 2024-cü ilin oktyabrında müsabiqənin digər qalibləri ilə birlikdə Abucada Nigeriya Milli Assambleyasında qonaq olub və orada senator Manu Harunla görüşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər