Kriminal
Türkiyədən gətirilən yükdə bəyan edilməmiş tibbi mallar aşkarlandı
Gömrük sərhədindən bəyan edilmədən keçirilməsinə cəhd göstərilən mallar aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları bəyan edilmədən gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən tibb sahəsində olunan məhsullar aşkarlayıblar. İdarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az