Dünya
Türkiyədə dəhşətli hadisə: İki avtomobildə silahla vurulmuş beş nəfərin meyiti tapıldı - Hadisə yerindən görüntülər
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda iki fərqli ərazidə, iki avtomobilin içərisində ümumilikdə beş nəfərin meyiti aşkarlanıb. Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, hadisə Ayazini və Kıyır kəndlərinin ərazisində baş verib.
İlkin araşdırmalar zamanı şəxslərin tüfənglə vurularaq öldürüldüyü müəyyən edilib. Şübhəlinin isə hadisə yerindən qırmızı rəngli avtomobililə qaçdığı bildirilir. İlkin ehtimala görə, şəhər kənarından gələn şübhəli avtomobillə Kütahya istiqamətində hərəkət edib. Hadisə ilə əlaqədar kəndlərə gedən yollar jandarm qüvvələri tərəfindən bağlanıb. Polis və jandarm əməkdaşları qaçan şübhəlinin saxlanılması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər