Digər
Polşada əməliyyat: Rusiyaya casusluq edənlər saxlanıldı
Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən altı nəfəri saxlayıblar.
Axar.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan beşi 25-52 yaş aralığında olan Polşa, digəri isə 37 yaşlı Rusiya vətəndaşıdır:
“Qrupun üzvləri Rusiyaya silah istehsalı üçün nəzərdə tutulan komponentlərin qanunsuz tədarükü ilə məşğul olublar. Məhkəmə dörd şübhəli barəsində həbs qətimkan tədbiri seçib. Onlara casusluq ittihamı irəli sürülüb. Daha iki nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib”.
Mənbə
axar.az