Kriminal

Avtomobil "Ucar" yazılmış lövhəyə çırpılaraq aşdı, xəsarət alan var - Video

04 Nov 2026, 21:06 23 baxış
Avtomobil "Ucar" yazılmış lövhəyə çırpılaraq aşdı, xəsarət alan var - Video
Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə magistral yolun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında üzərində "Ucar" yazılmış lövhəyə çırpılıb, daha sonra isə yol kənarına aşıb. Qəza nəticəsində 1998-ci il təvəllüdlü sürücü T.Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Avtomobil "Ucar" yazılmış lövhəyə çırpılaraq aşdı, xəsarət alan var - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər