Kriminal

Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı

04 Nov 2026, 21:13 16 baxış
Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı

Lənkəran rayonunun Ürgə kəndi ərazisində qamışlıq sahədə 64 yaşlı kişinin meyiti aşkarlanıb.


Axar.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər