Kriminal
Göyçayda 10-a yaxın kənd işıqsız qalıb - Video
Göyçay rayonunda avtomobil qəzası baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Çayarxı kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan VAZ-2107 markalı minik avtomobili elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 10-a yaxın kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb. Rayon sakinlərinin verdiyi məlumata görə, bir müddət sonra kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya

Mənbə
oxu.az