İqtisadiyyat
Əmək qabiliyyətini müvəqqəti itirənlərə ödənilən günlük məbləğ artırılır
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılması proqnozlaşdırılır. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb. Belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bir iş gününə düşən orta gündəlik qazanc 53 manat 50 qəpik olacaq. Qeyd edək ki, bu rəqəm 2026-cı ildə 50 manat 80 qəpik olub.
Mənbə
oxu.az