Cəmiyyət

Azərbaycanlı gənc İrəvana toya getdi: Sərhəddə 3 saat gözlədildi - Video

04 Nov 2026, 12:52 3 baxış
Azərbaycanlı gənc İrəvana toya getdi: Sərhəddə 3 saat gözlədildi - Video
Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalovun Ermənistana səfəri diqqət çəkib. Oxu.Az xəbər verir ki, o, İrəvana səfəri ilə bağlı təəssüratlarını şəxsi "YouTube" kanalında yayımladığı videoda bölüşüb.

Turab Zeynalov bildirib ki, tanışları ilə birlikdə dostlarının toyunda iştirak etmək üçün Ermənistana yollanıb. Əslən azərbaycanlı olduğuna görə ölkəyə giriş zamanı problemlə qarşılaşacağından ehtiyat etdiyini də gizlətməyib. Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində təxminən üç saat gözlədilib və ona Azərbaycana son səfəri ilə bağlı suallar verildikdən sonra ölkəyə girişinə icazə verilib. Zeynalov İrəvanda şəhərin müxtəlif ərazilərini gəzdiyini və paytaxtın bəzi xüsusiyyətlərinə görə Bakıya bənzədiyini düşündüyünü deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər