Cəmiyyət
Sağlamlıq turizminin gəlirləri ilə bağlı hədəflər müəyyənləşəcək
"Sağlamlıq turizminə dair strategiya hazırlanacaq". Bunu Oxu.Az-ın sualına cavab olaraq Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib. O bildirib ki, həmin sənəddə sağlamlıq turizmindən əldə olunan gəlirlər istiqaməti üzrə hədəflər müəyyənləşdiriləcək: "Dövlət Proqramına əsasən, strategiyanın gələn ildən etibarən hazırlanması nəzərdə tutulur. Sözügedən məsələlər də həmin sənəddə öz əksini tapacaq".
Mənbə
oxu.az