Cəmiyyət
"Abşeron" TM-in qarşısında ağır qəza: ölən var
Bakıda avtomobil piyadanı vurub.
Axar.az xəbər verir ki, hadisə Qaradağ rayonu, "Abşeron" Ticarət Mərkəzinin qarşısında baş verib.
İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi VAZ-21154 markalı avtomobillə yolu keçən 80 yaşlı Əfsər Əkbər oğlu Əhmədovu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə
axar.az