Cəmiyyət
Kəlbəcər və Zəngilanda yeni hotellər açılacaq
"Kəlbəcərdə və Zəngilanda sağlamlıq turizmi sahəsində hotellər fəaliyyətə başlayacaq". Bunu Oxu.Az-ın sualına cavab olaraq Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib. O bildirib ki, eyni zamanda, gələcəkdə Bakıda da tibbi turizm sahəsində fəaliyyət göstərən xəstəxanaların cəmləşdiyi xüsusi bir ərazi formalaşdırılacaq: "Bu istiqamətdə addımlar atılmağa davam edir. Lakin bu, bir günün işi deyil. Burada həm yerli, həm də xarici tərəfdaşlarla birgə əməkdaşlıq tələb olunur".
Mənbə
oxu.az