Digər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!

04 Nov 2026, 10:59 2 baxış
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Superendirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniya bu il noyabrın 5-dən 11-dək davam edəcək. "Bu noyabr da hər kəs "Trendyol"da" konsepti ilə təqdim olunan kampaniya çərçivəsində alıcıları milyonlarla məhsul üzrə xüsusi təkliflər gözləyir. "Trendyol" istifadəçiləri "Superendirim günləri"ndə "SUPER25" kodu ilə (maksimum 20 manata qədər) 25% endirim əldə edəcəklər. Bununla yanaşı, kampaniya müddətində müxtəlif məhsullara 60%-dək endirimlər tətbiq olunacaq. Bu il gündəlik tələbat məhsulları, kosmetika və ev kateqoriyaları üzrə məhsullar sərfəli qiymətlərlə təklif ediləcək. Həmçinin, platformanın əsas istiqamətlərindən dəb də daxil olmaqla, müxtəlif kateqoriyalar üzrə geniş məhsul çeşidini xüsusi endirimlərlə əldə etmək mümkün olacaq. Kampaniya müddətində müxtəlif satıcılar tərəfindən kuponlar, promokodlar və alış-veriş səbətinə tətbiq edilən əlavə endirim imkanları təqdim ediləcək. Kampaniya çərçivəsində alıcılar "Trendyol Plus" abunəliyinin üstünlüklərindən də faydalana biləcəklər. Azərbaycanda bu abunəliyi ilk aya özəl cəmi 1 manat ödəməklə aktivləşdirmək mümkündür. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 manat təşkil edir. "Trendyol" il ərzində təşkil etdiyi müxtəlif kampaniyalarla alıcılara geniş məhsul çeşidini daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər