İqtisadiyyat

Azərbaycanda əhalinin gəlirləri artacaq

04 Nov 2026, 11:00 1 baxış
Azərbaycanda əhalinin gəlirləri artacaq
Əhalinin gəlirlərinin real artım tempi yüksələcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3.5 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3.7 faiz proqnozlaşdırılır. Gəlirlərin artımına uyğun olaraq, əhalinin xərclərinin real artım tempi növbəti ildə 3.6 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3.7 faiz səviyyəsində proqnozlaşdırılır. Hesablamalara görə, əsas kapitala investisiyaların həcmi 2027-ci ildə 2.4 faiz, 2028-2030-cu illərdə isə ortaillik 2.1 faiz artacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər