Digər
İran ordusunun zabiti öldürüldü
Sistan və Bəlucistan əyalətində silahlı şəxslərin hücumu nəticəsində quru qoşunların 377-ci səyyar hücum briqadasının zabiti Cavad Heşməti həlak olub, başqa bir hərbçi isə yaralanıb.
Axar.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.
Hücumun məsuliyyətini Xalq Döyüşçüləri Cəbhəsi öz üzərinə götürüb.
Mənbə
axar.az