Dünya
Samvel və Narek Karapetyanların evlərində axtarışlar aparır
Səhər saatlarında Ermənistan İstintaq Komitəsinin müstəntiqləri Güclü Ermənistan partiyasının rəhbəri Samvel Karapetyanın, eləcə də eyniadlı parlament fraksiyasına rəhbərlik edən Narek Karapetyanın yaşayış yerlərində axtarışlara başlayıblar. Oxu.Az-ın məlumatına görə, bu barədə erməni mətbuatı xəbər dərc edib. Əməliyyat-axtarış tədbirləri Karapetyanlar ailəsinə məxsus digər ünvanlarda da həyata keçirilir. Xatırladaq ki, Samvel Karapetyan 17 iyun 2025-ci ildə Erməni Həvari kilsəsinin müdafiəsinə qalxdıqdan sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. O, artıq 1 il 5 aydır ev dustaqlığında saxlanılır və onun işinə Antikorrupsiya Məhkəməsində baxılır.
Mənbə
oxu.az