Dünya

"Binance"dən yeddi milyard dollara yaxın kriptovalyutanın necə oğurlandığı açıqlandı

03 Nov 2026, 22:06 3 baxış
"Binance"dən yeddi milyard dollara yaxın kriptovalyutanın necə oğurlandığı açıqlandı
"Binance" kriptovalyuta birjasına hücum etmək istəyən kibercinayətkarlar şirkətin əməkdaşlarından birini saxta iş müsahibəsinə dəvət edərək onun noutbukuna giriş əldə ediblər. Bundan sonra platformaya hücum edərək təxminən 6.3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Binance" şirkətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. Şirkətin açıqlamasına görə, hakerlərin istifadə etdiyi sxem bir neçə mərhələdən və platformaya qarşı çoxsaylı hücumlardan ibarət olub. Kibercinayətkarlar "Binance" sistemlərinə müdaxilə etmək üçün bir neçə ay hazırlaşıb və tədricən şirkətin daxili alətlərinə çıxış əldə ediblər. Bu planın mərhələlərindən biri də əməkdaşın saxta iş müsahibəsinə dəvət edilməsi olub. "Binance"in məlumatına görə, sentyabr ayında "B" adlı proqram təminatı mühəndisi iş axtarışı platforması vasitəsilə özünü hansısa layihənin direktoru kimi təqdim edən şəxsdən mesaj alıb. Mühəndisin profilində onun "Binance" şirkətində işlədiyi barədə məlumat yer alıb. Haker əvvəlcə insan resursları şöbəsinin nümayəndəsi ilə, daha sonra isə özünü saxta şirkətin baş direktoru kimi təqdim edən şəxslə müsahibə təşkil edib. Birinci mərhələdə etibar qazanmaq üçün mühəndisə sosial şəbəkə hesablarının keçidlərini göndərib. İkinci müsahibə isə məşhur mesajlaşma tətbiqi vasitəsilə keçirilib. Görüntülü danışığın sonuna yaxın mühəndisə iş kompüterinə xüsusi tapşırıq faylını yükləmək təklif olunub. Həmin faylda zərərli kod yerləşdirilib. "Binance"ə hücum oktyabrın 29-da axşam saatlarında baş verib. Nəticədə investorların kriptovalyuta aktivlərinin saxlandığı pul kisələrindən təxminən 6.3 milyard dollar dəyərində vəsait çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər