Dünya

Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə şübhəli bilinir

03 Nov 2026, 23:00 3 baxış
Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə şübhəli bilinir
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Prezident Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin cinayət işi üzrə şübhəli bilindiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mendel Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə şübhəli bilinir: - Hərbi vəziyyət dövründə dövlətə xəyanət; - Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə bəraət qazandırmaq, onu qanuni hesab etmək və ya inkar etmək, habelə bu təcavüzdə iştirak edən şəxsləri tərifləmək. Qeyd olunan ittihamlar üzrə Mendel əmlakı müsadirə olunmaqla 15 ilədək müddətə azadlıqdan məhrum edilə və ya ömürlük həbs cəzasına məhkum oluna bilər. Ukrayna Təhlükəsizlik Xidməti Mendelin hazırda xaricdə olduğunu bildirib. Qurum onun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib. Qeyd edək ki, Yuliya Mendel 2019-cu ilin iyunundan 2021-ci ilin iyulunadək Ukrayna Prezidentinin mətbuat katibi vəzifəsində çalışıb. Vəzifəsindən ayrıldıqdan sonra köşə yazarı kimi fəaliyyət göstərib və xarici media orqanlarına Ukrayna siyasəti ilə bağlı şərhlər verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər