Mədəniyyət

Yunus Əmrənin yeni əlyazması tapıldı

04 Nov 2026, 00:33 3 baxış
Yunus Əmrənin yeni əlyazması tapıldı

Anadolu-türk poeziyasının banilərindən biri, sufi-islam filosofu və dahi xalq şairi Yunus Əmrənin yeni əlyazması kəşf edilib. Əlyazmada ümumilikdə 125 şeir olduğu, bunlardan 9-nun yeni olduğu bildirilir.


Kult.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.


Onlardan 113-ü Yunus Əmrəyə, qalanları isə Aşıq Paşa, Səid Əmrə və Kayğusuz Abdala məxsusdur. Yunus Əmrəyə aid 9 şeir isə indiyədək məlum olan digər erkən və sonrakı əlyazma nüsxələrində qeydə alınmayıb.


Digər 104 şeir də mövcud qədim və etibarlı əlyazmalarla müqayisə baxımından tədqiqatçılar üçün əhəmiyyət daşıyır. Beləliklə, yeni nüsxə Yunus Əmrənin yaradıcılığının öyrənilməsi üçün əlavə mənbə rolunu oynayacaq.


Əlyazmanın izinə 1966-cı ildə “Türk Yurdu” jurnalında dərc olunan müsahibə vasitəsilə düşülüb. Həmin müsahibədə son dövrün kitab və əlyazma kolleksiyaçılarından Raif Yelkənçi dağınıq vərəqlər şəklində olan Yunus Əmrə şeirlərindən bəhs edib və onlardan birinin görüntüsünü təqdim edib.

Mənbə axar.az

Oxşar Xəbərlər