Digər

Ermənistanda dəhşətli qəza: 8 ölü, 3 yaralı

04 Nov 2026, 00:04 3 baxış
Ermənistanda dəhşətli qəza: 8 ölü, 3 yaralı

Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


Bildirilib ki, hadisə axşam saatlarında İrəvan - Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. "Jeep Compass", "Opel Zafira", "Chevrolet Volt" markalı avtomobillər və yük maşını toqquşub.


Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş "Ermənistan" tibb mərkəzinə çatdırılıb.


Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.

Mənbə axar.az

Oxşar Xəbərlər