İdman

"Vikinq"in futbolçusu: "Sabah"la oyuna yalnız qələbə üçün çıxacağıq"

03 Nov 2026, 18:10 3 baxış
"Vikinq"in futbolçusu: "Sabah"la oyuna yalnız qələbə üçün çıxacağıq"
Norveçin "Vikinq" klubunun yarımmüdafiəçisi Henrik Byordal UEFA Çempionlar Liqasının IV turunda "Sabah"la oyun barədə fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, futbolçu oyunöncəsi mətbuat konfransında doğma azarkeşlərin dəstəyinə güvəndiklərini bildirib. Byordal "Bavariya" ilə görüşdə olduğu kimi, bu dəfə də tribunaların möhtəşəm atmosfer yaradacağına ümid etdiyini söyləyib: "Azarkeşlərin dəstəyi futbolçulara isinmə zamanı belə əlavə enerji verir. "Sabah" güclü komandadır və onların Çempionlar Liqasına vəsiqə qazanması təsadüfi nəticə deyil. Bütün bunlara baxmayaraq, biz meydanda yalnız qələbə üçün mübarizə aparacağıq". Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər