İdman

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı

03 Nov 2026, 17:54 3 baxış
İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtiram və həmrəylik əlaməti olaraq qəbul edildiyi bildirilib. Təxirə salınan qarşılaşmaların yeni tarixləri və yarışların yenilənmiş təqvimi yaxın günlərdə açıqlanacaq. 30 yaşlı hücumçu "Tenerife" ilə "Andorra" arasında keçirilən Sequnda Liqası matçında rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, noyabrın 3-də İspaniya Kral Kubokunda "Anaitasuna" - "Alaves" və "Pamplona" - "Eybar" qarşılaşmaları keçirilməli idi.
İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı
Mənbə oxu.az

Oxşar Xəbərlər