Cəmiyyət

İki azərbaycanlı qardaş beynəlxalq olimpiadada uğur qazandı - Video

03 Nov 2026, 19:42 3 baxış
İki azərbaycanlı qardaş beynəlxalq olimpiadada uğur qazandı - Video
İki azərbaycanlı qardaş - İmran və İbrahim Novruzilər beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur qazanıblar. Oxu.Az xəbər verir ki, Azərbaycanı beynəlxalq arenada təmsil edən qardaşlar 31 oktyabr - 1 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında iştirak ediblər.

16 ölkənin iştirak etdiyi beynəlxalq yarışda 9 yaşlı İmran Novruzi öz kateqoriyası üzrə I yerə, kiçik qardaşı, 7 yaşlı İbrahim Novruzi isə öz kateqoriyası üzrə superçempion adına layiq görülüblər. İbrahim həmçinin qazandığı nəticəyə görə pul mükafatı əldə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər