Dünya

Melaniya Tramp Rusiya və Ukraynanı barışdırmağa çalışır: Görüşün vaxtı açıqlandı

03 Nov 2026, 19:24 2 baxış
Melaniya Tramp Rusiya və Ukraynanı barışdırmağa çalışır: Görüşün vaxtı açıqlandı
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrinin görüşünü təşkil etmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında yayımlanan bəyanatda bildirilib. Qeyd olunub ki, tədbir noyabrın 5-də keçiriləcək. M.Tramp həmçinin Xerson vilayətinin Oleşki şəhərində atəşkəsə nail olunmasına vasitəçilik etdiyini bildirərək bu barədə çıxış edəcək. Bəyanatda görüşdə hansı səviyyəli nümayəndələrin iştirak edəcəyi dəqiqləşdirilməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kremlin Melaniya Trampın Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə keçirəcəyi görüş barədə məlumatının olmadığını bildirib. "Mən bu barədə heç nə bilmirəm. Mənə bu barədə heç nə məlum deyil", - deyə Kreml nümayəndəsi qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər