Cəmiyyət
Azərbaycanda bu körpü tam bağlanır
Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Axar.az xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən körpünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.
Bununla əlaqədar körpünün sözügedən hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Mənbə
axar.az