Cəmiyyət
İşçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ala bilərmi? - Foto
Sosial şəbəkədə paylaşım edən bəzi istifadəçilər çalışdıqları şirkətdə istifadə etmədikləri əmək məzuniyyətinin silinəcəyi barədə xəbərdarlıq aldıqlarını bildiriblər. Onların sözlərinə görə, işçilərə iş ili ərzində məzuniyyətə çıxmadıqları halda, əlavə üç ay vaxt verilir. Həmin müddətdə məzuniyyətdən istifadə etmədikdə qalan günlər ləğv olunur. Maraqlıdır, işçinin istifadə etmədiyi əmək məzuniyyəti günlərinin ləğv olunması qanunvericiliklə mümkündürmü? İşçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ala bilərmi? Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib ki, heç bir halda əmək məzuniyyətinin ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb:
"İşçi hər hansı səbəbdən əmək məzuniyyəti hüququndan istifadə etməyibsə, növbəti ildə əvvəlki ildən qalan məzuniyyətini növbəti məzuniyyəti ilə birləşdirərək istifadə edə bilər. Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, işçi məzuniyyətə çıxmaqla bağlı ərizə ilə müraciət etmədikdə, işəgötürən ona əvvəlcədən xəbərdarlıq etməklə birtərəfli qaydada əmr verərək onu məcburi şəkildə əmək məzuniyyətinə göndərə bilər. Digər halda isə, bu və ya digər səbəbdən işçi əmək məzuniyyətindən istifadə etməyibsə, işəgötürən ilin sonunda əsas və əlavə məzuniyyət günlərini də nəzərə almaqla ona pul kompensasiyası ödəyə bilər. Bütün bu hallar mövcuddur, lakin heç bir halda əmək məzuniyyətinin ləğv edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb".

Mənbə
oxu.az