Kriminal
Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var
Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var. Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobillə moped toqquşub. Qəza nəticəsində moped sürücüsü, 21 yaşlı kuryer İsrail Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az