Digər

ABŞ-ın İrana nüvə zərbəsi ehtimalı... - Lavrov

03 Nov 2026, 17:47 3 baxış
ABŞ-ın İrana nüvə zərbəsi ehtimalı... - Lavrov

ABŞ-ın İrana nüvə zərbəsi endirməyə hazırlaşdığı qənaətinə gəlmək üçün real əsaslar yoxdur.


Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


Onun sözlərinə görə, jurnalist Taker Karlsonun müvafiq açıqlaması ABŞ-da aralıq seçkilər ərəfəsində səsləndirilib:


“Seçiciləri seçkiöncəsi əhval-ruhiyyəyə kökləmək üçün belə üsullardan bəzən istifadə olunur. Mümkün zərbə ilə bağlı bu məlumat digər mənbələr tərəfindən təsdiqlənmir”.

Mənbə axar.az

Oxşar Xəbərlər