İdman

"Vikinq"in baş məşqçisi: "Sabah"la bizi gərgin oyun gözləyir"

03 Nov 2026, 16:36 3 baxış
"Vikinq"in baş məşqçisi: "Sabah"la bizi gərgin oyun gözləyir"
Norveçin "Vikinq" klubunun baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının IV turunda "Sabah"la keçirəcəkləri oyundan gözləntilərini bölüşüb. Oxu.Az xəbər verir ki, mütəxəssis matç öncəsi mətbuat konfransında komandasının doğma meydanda azarkeş dəstəyindən yararlanmağa çalışacağını bildirib. Aarsheym stadiondakı atmosferin futbolçulara əlavə güc verdiyini vurğulayıb: "Kollektivdə əhval-ruhiyyə yüksəkdir, zədəli oyunçular da tədricən sıraya qayıdır. "Sabah"la görüşdə qələbə qazanacağımıza inanırıq". Norveçli mütəxəssis "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın həyat hekayəsinə də toxunub. O, litvalı çalışdırıcının televiziya verilişində qazandığı pulu məşqçilik təhsilinə sərf etməsini maraqlı hadisə kimi dəyərləndirib. Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər