İdman

Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi - Foto

03 Nov 2026, 16:52 3 baxış
Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi - Foto
Türkiyəli müdafiəçi Serdar Aziz futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, 36 yaşlı stoper bu barədə Türkiyə İdman Yazarları Dərnəyinin (TSYD) Bursa bölməsinin təşkil etdiyi görüşdə danışıb. S. Aziz uzun müddətdir futbol oynamadığını və karyerasını başa vurmaq qərarına gəldiyini bildirib. O, bundan sonra məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırır. Təcrübəli müdafiəçi artıq məşqçilik kursuna yazılıb və diplom aldıqdan sonra bu sahədə çalışmağa başlayacaq. Qeyd edək ki, Serdar Aziz karyerası ərzində "Bursaspor", "Qalatasaray" və "Fənərbağça" klublarında çıxış edib. O, Türkiyə millisinin heyətində 18 oyun keçirib.
Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi - Foto Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər