İdman
ÇL-in oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun bütün qarşılaşmaları bir dəqiqəlik sükutla başlayacaq.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qərar İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədardır. 2 noyabrda Sequndanın 12-ci turunda “Andorra” ilə keçirilən görüşdə (2:2) rəqiblə toqquşma zamanı futbolçunun ürəyi dayanıb.
UEFA prezidenti Aleksander Çeferin də mərhum futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, bu həftə Avropa Liqası və Konfrans Liqasının oyunları da bir dəqiqəlik sükutla başlayacaq.
Mənbə
axar.az