İdman

Azərbaycanlı hakimlər Avropa Liqasının iki oyununa təyinat alıblar

03 Nov 2026, 14:32 3 baxış
Azərbaycanlı hakimlər Avropa Liqasının iki oyununa təyinat alıblar
Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun qarşılaşmalarını idarə edəcəklər. Oxu.Az xəbər verir ki, Elçin Məsiyev Belçikada keçiriləcək "Anderlext" - "Zalsburq" matçının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əliyar Ağayev isə İspaniyada baş tutacaq "Selta" - "Union" görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabarov olacaq. Qeyd edək ki, "Anderlext" - "Zalsburq" qarşılaşması noyabrın 5-də Bakı vaxtı ilə saat 21:45-də, "Selta" - "Union" matçı isə noyabrın 5-dən 6-na keçən gecə saat 00:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər