İdman

Arseniy Djioyev Azərbaycan reytinqində birincidir - Siyahı

03 Nov 2026, 14:56 3 baxış
Arseniy Djioyev Azərbaycan reytinqində birincidir - Siyahı
Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üzrə reytinq siyahısı müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Siyahının ilk pilləsində 470 xal toplayan sərbəst güləşçi Arseni Djioyev qərarlaşıb. Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan idmançı liderliyə yüksəlib. Bakıdakı dünya çempionatının qalibi olan cüdoçu Əhməd Yusifov 440 xalla ikinci, Astanadakı mundialın bürünc mükafatçısı sərbəst güləşçi Giorgi Meşvildişvili isə 410 xalla üçüncü yerdədir. İlk onluqda növbəti yerləri Zelim Tçkayev (400), Nihat Məmmədli (395), Uşanqi Kokauri (360), Sənan Süleymanov (350), Əli Tsokayev (350), boksçu Səidcəmşid Cəfərov (350) və Həsrət Cəfərov (350) tutublar.
Arseniy Djioyev Azərbaycan reytinqində birincidir - Siyahı Arseniy Djioyev Azərbaycan reytinqində birincidir - Siyahı
Mənbə oxu.az

Oxşar Xəbərlər