İdman
Ronaldunun oğlu Portuqaliyanın U-17 yığmasına dəvət alıb
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun oğlu Kriştianu duş Santuş ilk dəfə ölkəsinin U-17 yığmasına dəvət alıb. Oxu.Az xəbər verir ki, 16 yaşlı futbolçu baş məşqçi Filipe Ramuşun 2027-ci il Avropa çempionatının seçmə mərhələsi üçün açıqladığı 23 nəfərlik heyətə daxil edilib. Hazırda atasının da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun akademiyasında oynayan Ronaldu daha əvvəl Portuqaliyanın U-15 və U-16 millilərinin formasını geyinib. O, U-15 yığmasında 4 oyunda iki, U-16 millisində isə 9 matçda üç qol vurub. Portuqaliya seçmə mərhələdə noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq. Qeyd edək ki, U-17-lər arasında Avropa çempionatının 2027-ci il buraxılışının final mərhələsi Latviyada keçiriləcək.
Mənbə
oxu.az