İdman
London təmsilçisi Nunu ilə yollarını ayırdı
İngiltərənin "Vest Hem" klubu baş məşqçi Nunu Espirito Santu ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssis dərhal vəzifəsindən azad edilib. Klub rəhbərliyi "Çempionşip"də mövsümün başlanğıcını təhlil etdikdən sonra dəyişiklik etmək qərarına gəlib. Nunu ilə yanaşı, onun köməkçisi Rui Pedro Silva və qapıçılar üzrə məşqçi Rui Barbosa da vəzifələrini tərk ediblər. "Vest Hem" hər üç mütəxəssisə klubda göstərdikləri əməyə və sədaqətə görə təşəkkür edib. Komandanın sabah "Kardiff Siti" ilə keçirəcəyi Çempionşip matçına hazırlığı müvəqqəti olaraq klubun idman direktoru Mark Nobl, Stiv Potts və Cerard Prenderqast həyata keçirəcəklər. Qeyd edək ki, "Vest Hem" 13 turdan sonra Çempionşipdə 8-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az