Cəmiyyət
Sumqayıtda daşan su kanalında problem həll edildi - Video
Sumqayıtda "Yaşıl dərə" yaşayış massivində daşan Acı dərə su kanalındakı problem həllini tapıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, görülən işlər nəticəsində kanalda suyun səviyyəsi aşağı salınıb: "Acıdərə kanalının üzərində avtomobillərin keçməsi nəticəsində əzilən boru yenisi ilə əvəzlənib. Həmçinin kanal təmizlənib, suyun səviyyəsi aşağı salınıb. Çünki yağış yağanda suyun miqdarı çoxaldığı üçün kanal daşırdı. Bundan əlavə, kanalın üzərindən keçən yola çınqıl daşları tökülüb. Yəni, artıq həmin kanaldan ətraf əraziyə suyun sızması, daşması ehtimalı yoxdur".
Açıqlamaya görə, hazırda kanalda suyun sərbəst hərəkəti tam təmin edilib və bu gün üçün problem mövcud deyil. Bildirilib ki, kanalın qarşı və ön hissələrinin daha da genişləndirilməsi, yarana biləcək maneələrin qarşısının alınması üçün ərazidəki bəzi hasarlar sökülməlidir. Xatırladaq ki, bir neçə gün öncə Acıdərə kanalının daşması nəticəsində ətraf əraziləri üfunət bürümüş, sakinlər üçün çətinlik yaranmışdı.

Mənbə
oxu.az