Şou biznes

"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir

01 Nov 2026, 03:00 1 baxış
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
"Substansiya" filminin ulduzu, amerikalı aktrisa Marqaret Kuolli və "Qremmi" mükafatı laureatı, musiqi prodüseri və "Bleachers" qrupunun solisti Cek Antonoff üç illik evlilikdən sonra boşanırlar. Oxu.Az xəbər verir ki, bu barədə ABC müvafiq məhkəmə sənədlərinə istinadən məlumat yayıb. Aktrisa Nyu-York ştatının Bruklin şəhərində yerləşən Kinqs dairəsinin Ali Məhkəməsinə boşanma ərizəsi təqdim edib. Boşanma iddiası mübahisəsiz hesab olunur, Antonoff isə iş üzrə cavabdeh kimi göstərilib. Aktrisa və musiqiçi 2021-ci ildə münasibətə başlayıblar, 2023-cü ilin avqustunda isə evləniblər. Onların ayrılması barədə ilk məlumatlar iyul ayında yayılıb. 32 yaşlı Kuolli "Bir zamanlar Hollivudda" filmindəki rolu ilə də tanınır. 42 yaşlı Antonoff isə 14 dəfə "Qremmi" mükafatına layiq görülüb. O, mahnı müəllifi və prodüser kimi Teylor Svift, Lana Del Rey və Sabrina Karpenterlə əməkdaşlıq edib.
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
Mənbə oxu.az

Oxşar Xəbərlər