Şou biznes

"Ulduz yolu" və "İks-adamlar" filmlərinin ulduzu Patrik Stüart vəfat etdi

30 Oct 2026, 01:24 2 baxış
"Ulduz yolu" və "İks-adamlar" filmlərinin ulduzu Patrik Stüart vəfat etdi
"Ulduz yolu" filmində kapitan Jan-Lük Pikarı, "İks-adamlar" filmində isə professor Çarlz Ksavye obrazını canlandıran britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib. Oxu.Az "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyorun mətbuat katibi Kelli Buş Novak məlumat verib. Novakın sözlərinə görə, Stüart çərşənbə günü Los-Ancelesdəki evində vəfat edib. Aktyor qısa müddət ərzində ağırlaşan Alzheimer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizə aparırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər