Dünya

Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu

01 Nov 2026, 01:36 3 baxış
Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla G20 ölkələrinin xarici işlər nazirlərinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin mümkün görüşünü müzakirə edib. Oxu.Az xəbər verir ki, müzakirələr Atlantada keçirilən sammit zamanı baş tutub. Söhbət Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşmək ehtimalından gedib. Qeyd edək ki, 2025-ci il avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentlərinin sammiti keçirilib. Həmin görüşdə Vladimir Putin və Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Bundan başqa, Rusiya və ABŞ prezidentləri dəfələrlə telefon danışığı aparıblar. Sonuncu belə danışıq 2026-cı il oktyabrın 9-da baş tutub. Söhbət zamanı, digər məsələlərlə yanaşı, neft məhsullarının tədarükü də müzakirə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər