Digər

İranla danışıqlar heç vaxt dayandırılmayıb - Rubio

31 Oct 2026, 21:38 3 baxış
İranla danışıqlar heç vaxt dayandırılmayıb - Rubio

ABŞ administrasiyası İrandakı vəziyyətlə bağlı çoxsaylı məsləhətləşmələrdə iştirak edir.


Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Atlantada keçirilən G20 xarici işlər nazirlərinin görüşünün nəticələri barədə məlumat verərkən deyib.


“Bu cür məsələlərlə bağlı qərar qəbul etmək ABŞ Prezidenti Donald Trampın səlahiyyətindədir. Əslində, məsləhətləşmələr və danışıqlar heç vaxt dayandırılmayıb. Bəzi hallarda birbaşa, lakin əksər hallarda vasitəçilərlə birlikdə məsləhətləşmələr aparılır.


Prezident dünyada hər hansı bir problemi mümkün olduqda diplomatik və dinc vasitələrlə həll etməyə üstünlük verir. O, təəssüf ki, dünyada sülh yolu ilə həll edilə bilməyən bəzi problemlərin olduğunu etiraf edir, lakin biz onları diplomatik şəkildə həll etməyə üstünlük veririk", - deyə Rubio qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər