Cəmiyyət

Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı - Foto

31 Oct 2026, 22:00 3 baxış
Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı - Foto
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. Oxu.Az Metbuat.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
{{gallery}}
Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı - Foto Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı - Foto Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər