Dünya
Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır"
İran hakimiyyəti genişmiqyaslı müharibənin başlanması ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır. Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirib. "Biz müharibənin başlanması ehtimalını istisna etmirik və bütün ssenarilərə hazırıq. Silahlarımızı modernləşdirmiş, zəif tərəflərimizi aradan qaldırmış və yeni silah növlərini sınaqdan keçirmişik. Silahlı qüvvələrimiz yüksək döyüş hazırlığı vəziyyətindədir", - deyə Əraqçı vurğulayıb.
Mənbə
oxu.az