Kriminal
Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb. Rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ağdam rayon sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "KIA Forte" markalı maşın toqquşub. Hadisə nəticədə sürücülər və "KIA Forte"nin sərnişinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az