İdman
Azərbaycan Kubokunda matç təcili tibbi yardım maşınına görə gec başladı - Foto
Azərbaycan Kubokunun "Zəngəzur" - "Karvan-Yevlax" matçında futbolçular meydana çıxsalar da, baş hakim start fitini çalmayıb. Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, matçda təcili tibbi yardım maşınının olmaması səbəbindən problem yaşanıb.
"Təcili tibbi yardım maşını oyunun ən vacib, ayrılmaz hissələrindən biridir. Sağlamlıq hər zaman ön planda olmalıdır. Əgər təcili tibbi yardım maşını yoxdursa, bizdə heç bir liqada oyun başlamır və mövcud vəziyyətin həlli üçün 45 dəqiqə vaxt verilir. Bu oyun isə 15 dəqiqə gecikmə ilə başlayıb. Bununla bağlı qeydlər aparılır və müvafiq addımlar atılacaq", - deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, qarşılaşma "Karvan-Yevlax" komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə
oxu.az