Cəmiyyət

Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto

29 Oct 2026, 20:00 3 baxış
Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto
Yeni Yasamal ərazisində uşaq bağçasına və orta məktəbə aparan yol iki ildir bağlıdır. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Sakinlərin sözlərinə görə, 98 nömrəli uşaq bağçasına və 286 nömrəli məktəbə aparan yol iki ildir bağlıdır. Onlar yolun bağlanmasına səbəb kimi ərazidə aparılan bina tikintisini göstəriblər. Bildirilib ki, binanın fasad işləri başa çatsa da, yol hələ də sakinlərin istifadəsinə verilməyib. Nəticədə valideynlər övladlarını bağçaya və məktəbə aparmaq üçün daha uzun məsafə qət etməli olurlar. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə tikinti işləri fərdi şəxs tərəfindən deyil, Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir. "Tikinti işləri dövlətəhəmiyyətli layihə çərçivəsində icra olunur və müvafiq normativ-hüquqi aktlara, şəhərsalma və tikinti qaydalarına uyğun olaraq aparılır. Tikinti prosesində ərazidə təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə qurumun məlumatında qeyd olunub.
{{gallery}}
Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto Yeni Yasamal sakinləri çətin vəziyyətdə: Məktəbə və bağçaya gedən yol niyə bağlıdır? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər