İdman

Vinisius Junior əvvəlki sürətini niyə itirdiyini ekspertlərlə araşdırır

29 Oct 2026, 18:48 3 baxış
Vinisius Junior əvvəlki sürətini niyə itirdiyini ekspertlərlə araşdırır
"Real Madrid"in və Braziliya millisinin cinah hücumçusu Vinisius Junior əvvəlki sürətini niyə itirdiyini ekspertlərlə birlikdə araşdırır. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Tomas Qonsales-Martin "X" sosial şəbəkəsindəki hesabında məlumat verib. Braziliyalı futbolçu driblinq bacarığının zəifləməsinin səbəblərini də müəyyənləşdirməyə çalışır. Cari mövsümdə bütün turnirlərdə 11 oyunda meydana çıxan Vinisius bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 130 milyon avrodur.
Mənbə oxu.az

Oxşar Xəbərlər