İdman

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb - Foto

29 Oct 2026, 19:50 2 baxış
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb - Foto
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) turnirdə qızıl medal qazanıb. Finalda türkiyəli Merve Azakla qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da Könül Əliyeva "Böyük Dəbilqə" turnirində çempion olan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb. Azərbaycan cüdoçusu Balabəy Ağayev də (60 kq) turnirdə qızıl medal qazanıb. Finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qalib gələrək qızıl medalın sahibi olub. Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.
{{gallery}}
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb - Foto Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər