Cəmiyyət

Əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün tədbir keçirildi

29 Oct 2026, 18:56 3 baxış
Əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.


Bu barədə Axar.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.


Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbinin əməkdaşları iştirak ediblər.


Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər