Digər
Müdafiə naziri Slovakiyanın nümayəndə heyəti ilə müzakirələr apardı - Foto
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Slovakiya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərbi sahədə əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə müsbət təsir etdiyini diqqətə çatdırıb. Nazir mövcud hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək, bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general M.Lorinc hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb. Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Sonra müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Slovakiyanın nümayəndə heyəti ilə görüşüb. Görüşlərdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az