Siyasət

"Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video

29 Oct 2026, 18:24 3 baxış
"Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Kəsəmən kəndi haqqındadır.

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər"1,2 adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunacaq.
Adları: Kənd ən azı yüz əlli il ərzində Kəsəmən adını daşıyıb. 1978-ci ilin yanvarında kəndin adı Bahar olaraq dəyişdirilib. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kənd Arpunk adlandırılıb. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub. 1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Kəsəmən kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 166 nəfər yaşayıb. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Qafqaz haqqında məlumat toplusu: 1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 379 nəfər yaşayıb. 1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu: 1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 492 nəfər yaşayıb. Z.Korkotyan - "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 671 nəfər yaşayıb.
1909-cu ilə olan Qafqaz təqvimi: 1906-cı ildə kənddə 713 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası: 1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 713 nəfər yaşayıb. 1912-ci ilə olan Qafqaz təqvimi: 1911-ci ildə kənddə 738 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1915-ci ilə olan Qafqaz təqvimi: 1914-cü ildə kənddə 966 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib. Arxiv sənədlərinə əsasən, 1919-cu il aprelin ortalarında Kəsəmən kəndində erməni qoşunları tərəfindən qırğın törədilib, kəndin özü isə dağıdılıb. Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk sakinlərinin sayını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür.
Z.Korkotyan - "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 249 nəfər yaşayıb. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Kənd 1930-cu ildən Basarkeçər rayonunun tərkibində olub, rayon 1969-cu ildə Vardenis adlandırılıb. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.
Z.Korkotyan - "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" 1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 414 nəfər yaşayıb. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 569 nəfər yaşayıb. A.P.Manvelyan, G.M.Martirosyan - "Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi" 1959-cu ildə kənddə 587 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. T.X.Akopyan, St.T.Məlik-Baxşyan, O.X.Barseqyan - "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti" 1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 891 nəfər yaşayıb.
1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 955 nəfər yaşayıb. 1989-cu ildə kənddə 693 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə dağılmış məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib. Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 27 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Ardanış ilə bağlı 26 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.
"Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər